BaşlıcaSiyasət

TŞ katibi: “Rusiya sülhməramlılarına gəlincə, Stepanakertdə mövcud olan gözləntilər özünü doğrultmadı”

Rusiya sülhməramlılarına gəlincə, Stepanakertdə mövcud olan gözləntilər özünü doğrultmadı. Problemlərdən biri də odur ki, Laçın dəhlizinin bağlanması çox ciddi problemdir.

Bu haqda  “Amerikanın səsi” radiosuna müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, 9 noyabr tarixli üçtərəfli bəyanatda Azərbaycanın Laçın dəhlizində olması nəzərdə tutulmayıb və sülhməramlıların vəzifəsi Laçın üzərindən sərbəst hərəkəti təmin etmək olub.

“Bu gün belə yerdəyişmə yoxdur və biz gözləyirik ki, sülhməramlılar öz missiyasını tam şəkildə yerinə yetirəcəklər və Dağlıq Qarabağda yaşayan insanlar belə humanitar böhranla üzləşməyəcək, çünki indiki böhran dərinləşir.

Son vaxtlar dəhliz tamamilə bağlanıb, malların hərəkəti yoxdur. Bu isə Dağlıq Qarabağın özündə həyatı çətinləşdirir. Ümid var ki, belə böhranlar olmayacaq. Əsas gözlənti odur ki, sülhməramlılar öz mandatı çərçivəsində funksiyaları yerinə yetirə bilsinlər, yəni Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etsinlər” – deyə Təhlükəsizlik Şurasının katibi bildirib.

Müsahibə zamanı onlar Ermənistanın KTMT ilə münasibətlərindən danışıblar. Bununla bağlı Qriqoryan vurğulayıb ki, Ermənistan bütün məsələləri KTMT-yə üzv ölkələrlə müzakirə edir və bütün sualları qaldırmaq və həll yollarını tapmaq üçün KTMT platformalarından istifadə edir.

“Biz görürük ki, KTMT-yə üzv dövlətlər müəyyən formada, ən azı, açıq şəkildə Ermənistanın qaldırdığı məsələlərin qanuni olduğunu bəyan edirlər.

Tərəfdaşlarımızın qaldırdığımız məsələlərin qanuniliyini dərk etməsi çox vacibdir. Və biz bu problemlərin həllini səbirsizliklə gözləyirik”.

Daha çox göstər
Back to top button