BaşlıcaSiyasət

Azərbaycanlı deputat BQXK-nı qaçaqmalçılıqda ittiham edir

Azərbaycan Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov BQXK-nı qaçaqmalçılıqda ittiham edir:

“BQXK-nın Xankəndi (Azərbaycanda Dağlıq Qarabağ Respublikasının paytaxtı olan Stepanakert şəhəri belə adlanır) ofisinin etdiyi hərəkət qəbuledilməzdir. Onlar münaqişəni törədənlərlə əlbir olub qaçaqmalçılıqla məşğul olur”.

Onun sözlərinə görə, “bu təşkilat unudur ki, Azərbaycan ərazisində hərəkət edir”.

“Rəsmi Bakı dəfələrlə onlara təklif edib ki, Xankəndiyə Bakıdan getsin. Təşkilat bu təklifləri qulaqardına vurur. Ümid edirik ki, təşkilat hüquqazidd əməllər törədən əməkdaşlarına qarşı sərt tədbirlər görəcək. Unutmasınlar ki, qanunu pozanlar cəzalarını mütləq alacaqlar”,- deyə deputat vurğulayıb.

Daha çox göstər
Back to top button