ArtsaxBaşlıca

Artur Tovmasyan: “Faciədən qaçmağın yeganə yolu Artsax Respublikasının müstəqilliyini tanımaqdır”

Artsax Respublikası parlamentinin sədri Artur Tovmasyan dost ölkələrin parlamentlərinin rəhbərlərinə rəsmi mesajla müraciət edib. Bu barədə Artsax Respublikası parlamenti məlumatlandırıb.

Artsax parlamenti adından həmkarlarına hörmətini ifadə edərək, o, Artsax Respublikası üçün həlledici əhəmiyyət kəsb edən məsələdə müstəqilliyin tanınmasını dəstəkləmk xahişiylə  müraciət etdi.

2020-ci ilin 44 günlük müharibəsindən və üçtərəfli bəyannamənin imzalanmasından sonra da Artsaxın mülki əhalisinin təhlükəsizliyinə təhdidlərin nəinki azalmadığını, hətta əhəmiyyətli dərəcədə artdığını iddia edərək, Artur Tovmasyan üzləşdiyi ən ciddi ekzistensial təhlükələri təqdim etdi və ölkədə vəziyyətin tam blokadada olduğunu qeyd etdi.

Artsax ermənilərinin depatriasiya təhlükəsi və bununla bağlı beynəlxalq ictimaiyyəti xəbərdar etdi.

Artsax parlamentinin rəhbəri dərindən əmindir ki, faciədən qaçmağın yeganə yolu “Xilas naminə tanınma” prinsipi əsasında Artsax Respublikasının müstəqilliyini tanımaqdır.

O, həmkarlarını tanınmaq üçün bütün lazımi əsasların olduğuna inandırıb və onlardan ən mühümlərini təqdim edib.

Tovmasyan, Artsax Respublikasının BMT-yə üzv dövlətlər tərəfindən tanınmasının erməni əhalisinin təhlükəsizliyinin etibarlı təminatına çevriləcəyinə, onun tarixi vətənində normal həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcəyinə, habelə Cənubi Qafqaz regionunda sabitliyin, uzunmüddətli və sabit sülhün təmin edilməsinə çatdıracağını bildirdi.

Daha çox göstər
Back to top button