BaşlıcaMədəniyyət

Ermənistan təmsilçisi Maşa Mncoyan “Slavyan bazarı” müsabiqəsinin qalibi olub, Qran Pri mükafatını alıb

İyulun 12-17-də Vitebskdə keçirilən “Slavyan bazarı” müsabiqəsində Ermənistanı təmsil edən Maşa Mncoyan Qran Pri mükafatını alaraq qalib olub. Müsabiqənin ikinci günündə müğənni “Respect” mahnısını ifa edərək 69 xal toplayıb. Müsabiqənin ilk günündə Maşa “Пообещайте мне любовь” mahnısını ifa edərək 66 xal toplayaraq 4-cü yerdə qərarlaşsa da, erməni müğənni ikinci gün bütün rəqiblərini üstələməyi bacarıb.

“Slavyanski bazarı”nın Ermənistan nümayəndə heyətinin rəhbəri Vrej Kirakosyan öz “Facebook” səhifəsində Maşa ilə fotosunu paylaşaraq qələbəni sevinclə elan edib.

Onu da əlavə edək ki, bu il müsabiqəyə 15 ölkənin nümayəndəsi qatılıb.

Daha çox göstər
Back to top button