ArtsaxBaşlıca

Akseran polis postundan Aknaya və əks istiqamətə heç bir avtomobil keçməyib: Artsax DİN

Artsaxın Daxili İşlər Nazirliyi əmin edir ki, Askeran şəhərinin polis keçid məntəqəsindən Akna və əks istiqamətə heç bir nəqliyyat vasitəsi keçməyib, üstəlik heç bir humanitar yük daşınmayıb.

“”Facebook” sosial şəbəkəsində Qırmızı Xaçın əməkdaşlarının Rusiya sülhməramlılarının müşayiəti ilə Askeran şəhəri vasitəsilə Aknadan (Ağdam) humanitar yardım aparması ilə bağlı növbəti dezinformasiya yayılır”,- deyə Artsax Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilir.

Məlumatda  bildirilir ki, Askeran polis əməkdaşları nəzarət-buraxılış məntəqəsində Askeran şəhəri və ətraf qəsəbələrin hərəkətini daim nəzarətdə saxlayırlar.

Daha çox göstər
Back to top button