Başlıcaİctimaiyyət

Siciliya sahillərində 5,3 ton kokain daşıyan gəmi ələ keçirilib: İşdə Azərbaycan vətəndaşları iştirak edir

Siciliya sahillərində balıqçı gəmisində 5,3 ton ağırlığında və 850 milyon avro dəyərində rekord kokain partiyası aşkar edilərək götürülüb. Bu işdə Azərbaycan vətəndaşları iştirak edir.

Narkotik Palau bayraqlı gəmidə daşınıb. Gəminin haradab və hara getdiyi qeyd edilmir.

ANSA-nın məlumatına görə, beş ekipaj üzvü (İtaliya, Fransa, Albaniya və Tunis vətəndaşları) daxil olmaqla 20 nəfər həbs edilib.

Gəmidə saxlanılan digər 15 nəfərə gəlincə, onların arasında Azərbaycan, Ukrayna və Türkiyə vətəndaşları da var.

Həbs edilənlərin hamısı maliyyə polisi tərəfindən Palermo limanına aparılıb.

Daha çox göstər
Back to top button