BaşlıcaSiyasət

Serj Sarkisyan Bayden, Putin və Makrona açıq məktub göndərib: “Sabah gec ola bilər”

İndi Artsaxda baş verənlər dəhşətli fəlakətə gətirib çıxarır.Bu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin liderlərindən Artsaxdakı humanitar fəlakəti dayandırmağı xahiş edib.

İnanıram ki, siz bunu edə bilərsiniz- deyə Sarkisyan vurğulayıb.

“Yeddi aydan çox davam edən Artsax blokadası böyüklərin və uşaqların, kimlərin ki, yeganə günahı özlərinin və babalarının torpağında doğulub yaşamaq və həyatı sevmək olan sadə insanların həyatına son qoymağa başlayıb.

Biz bu reallıq haqqında təsirli bəyanatlar verən bütün nüfuzlu ölkələrə və beynəlxalq təşkilatlara minnətdarıq. Onlar yaşamaq naminə mücadilə edən artsaxlılarçün böyük əhəmiyyət  kəsb edirlər”- deyərək Serj Sarkisyan qeyd edib.

“Bu gün 120 min Artsax sakininin fiziki varlığı sözün əsl mənasında risk altındadır. Biz sizin hər birinizlə 1915-ci ildə baş vermiş Erməni Soyqırımı və onun nəticələri barədə dəfələrlə danışmışıq. Bu gün, 108 il sonra biz o dəhşətli hadisələri müasir üsullarla təkrarlamağa olduqca yaxınıq” – deyərək üçüncü prezident qeyd edib.

“Xahiş edirəm, əvvəlcə Artsaxdakı humanitar fəlakəti dayandırın. İnanıram ki, bunu sia  edə bilərsiniz. Diktatoru məcbur edin həyat yolunu açsın.

Erməni soyqırımını həyat tərzinə çevirən bir faşist həmişə ən ciddi beynəlxalq strukturların və ölkələrin aydın mesajlarına məhəl qoymaya bilməz.

 Bəlaya son qoyulsun, Artsax sakinlərinin əsas insani həyat şəraiti təmin olunsun, daha sonrasa diplomatic həllər tapmaq  səylərinə  keçin.Sabah gec ola bilər” – deyərək Sarkisyan açıq məktubunda əlavə edib

Daha çox göstər
Back to top button