BaşlıcaSiyasət

Tehran Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir: İran XİN sözçüsü

İran Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsini dəstəkləyir. “Armenpress”in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani qeyd edərək  rəsmi Tehranın Qafqazda sabit sülhün bərqərar olması səylərinə töhfə verməyə hazır olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü həftəlik mətbuat konfransında Cənubi Qafqazı Tehran üçün vacib məsələ adlandırıb.

“İran qonşular arasında fikir ayrılıqlarının sülh yolu ilə həlli prosesini dəstəkləyir”, – deyə IRNA agentliyi Kənaninin sözlərindən sitat gətirib.

Qeyd edək ki, Tehranda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və iranlı həmkarı Hüseyn Əmir Abdullahyan arasında görüş keçirilib. Tərəflər əməkdaşlığın inkişafı, o cümlədən aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Daha çox göstər
Back to top button