BaşlıcaSiyasət

Ararat Mirzoyan iyulun 25-də Rusiya və Azərbaycanın Xarici işlər nazirləri ilə görüşəcək

İyulun 25-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan Xarici işlər nazirləri üçtərəfli görüş keçirəcək.Aldığımız  məlumata görə, bu barədə Rusiya Federasiyası Xarici işlər nazirliyi məlumatlandırıb.

Açıqlamada bildirilir ki, üçtərəfli danışıqlardan əlavə, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan və Sergey Lavrov, həmçinin Lavrov və Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli danışıqlar da aparılacaq.

“Xarici siyasi idarələrin rəhbərləri Dağlıq Qarabağ ətrafında vəziyyətin deeskalasiyası yollarını təhlil edəcək, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixlərində əldə edilmiş üçtərəfli sazişlərin icrasını aktivləşdirəcəklər.

Nazirlər, həmçinin Ermənistan-Azərbaycan nizamlanmasının digər əsas məsələlərini, o cümlədən regionda nəqliyyat kommunikasiya kanallarının açılması, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, ictimaiyyət və ekspert təmasları, parlament dialoqunun başlanması kimi məsələləri müzakirə edəcəklər” – deyə Rusiya XİN-in bəyanatında qeyd olunur.

Nazirlikdən həmçinin bildirilib ki, ikitərəfli görüşlər zamanı Ermənistan və Azərbaycan Xarici işlər nazirləri ilə Ermənistan-Rusiya və Rusiya-Azərbaycan gündəliyinin siyasi, ticarət-iqtisadi və humanitar sahələrə aid cari məsələləri müzakirə olunacaq.

Daha çox göstər
Back to top button