ER İqtisadiyyat naziri Vahan Kerobyan öz “Facebook” səhifəsində yazır:
“Gastro Business Expo & Forum zamanı mən bu il qida və turizm sahələrində qeydə alınan uğurları və yüksək göstəriciləri təqdim etdim.
Bir il ərzində ictimai iaşə işçilərinin sayı təxminən 20 faiz artıb və hazırda bu sahəyə 30 minə yaxın insan cəlb olunub.
Bu il də turizm sahəsində yüksək artım qeydə alınıb. 2022-ci ilin ilk 6 ayı ərzində Ermənistana səfər edənlərin sayı 600 mindən az idisə, cari ildə bu rəqəm 1 milyon turistdən çox olub. İlin sonuna qədər bu rəqəmin 2 milyonu keçəcəyi proqnozlaşdırılır.
Dövlət həmçinin turizm infrastrukturunun inkişafına böyük sərmayələr qoyur və yaxın gələcəkdə hökumət 20 turizm klasterini inkişaf etdirməyi planlaşdırır”.