Verilən məlumata görə, bu barədə Ermənistan Respublikasının Xarici işlər nazirliyi məlumatlandırıb.
“Rusiya Federasiyasının Xarici işlər naziri ilə ikitərəfli görüş, Rusiya Federasiyası və Azərbaycan nazirləri ilə üçtərəfli görüş keçiriləcək.
Gündəlikdə regional təhlükəsizlik, Ermənistan və Azərbaycan arasında münasibətlər, humanitar məsələlər var” – deyərək məlumatda bildirilib.
Bundan əvvəl Rusiya Xarici işlər nazirliyi də Ermənistan, Rusiya və Azərbaycan Xarici işlər nazirlərinin üçtərəfli görüşü ilə bağlı məlumat yayıb.