BaşlıcaSiyasət

Tehran Bakı və Yerevan iştirakı ilə “3+3” formatında görüş keçirməyə hazırdır

İranın Qafqaz regionunda sülhün bərqərar olmasına diqqət yetirdiyini deyən İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranın Ermənistan və Azərbaycan rəsmilərinin iştirakı ilə “3+3” formatında görüş keçirməyə hazır olduğunu bildirib. Bu haqda İRNA məlumatlandırıb..

“Cənubi Qafqaz regionu İran üçün böyük əhəmiyyət kəsb edir” – deyə İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

“İran region ölkələri arasında yaxınlaşmanı və Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında irəliləyişi alqışlayır” – deyə Hüseyn Əmir Abdullahian qeyd edib.

“İran Qafqaz regionunda sülhün bərqərar olmasına yönəlib” – deyən o, əlavə edib ki, onun Azərbaycan prezidenti Əliyevlə son görüşü, son aylarda Ermənistanın baş naziri ilə görüşü və Ermənistanın xarici işlər naziri ilə bugünkü görüşü İranın regionda sabit sülh və təhlükəsizliyin bərqərar olması üçün vasitə sayıla bilər.

Onun sözlərinə görə, Tehran hesab edir ki, qonşuları arasında sülh və təhlükəsizlik region ölkələrinin ümumi maraqlarına uyğundur.

“Qafqaz regionu hakimiyyət mübarizəsi və rəqabət teatrına çevrilməməlidir, çünki bu, regionda sülhü ləngidə bilər” – deyən o, davamlı sülhün hökumətlər və xalqlar arasında mehriban və səlis dil tələb etdiyini bildirib.

“Biz region ölkələri arasında “3+3” formatını alqışlayırıq və İran Ermənistan və Azərbaycanın da iştirak edəcəyi həmin görüşü keçirməyə hazır olduğunu bəyan edir” – deyərək  o, yekunlaşdırıb.

Daha çox göstər
Back to top button