BaşlıcaSiyasət

Ararat Mirzoyan: “Azərbaycanın Laçın dəhlizini və DQ-I qanunsuz blokadaya alması danışıqlar prosesini çətinləşdirir”

Azərbaycanın Laçın dəhlizini və Dağlıq Qarabağı qanunsuz blokadaya alması danışıqlar prosesini çətinləşdirir.  Verilən məlumata görə, bu haqda  ER Xarici işlər naziri Ararat Mirzoyan iyulun 25-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun Moskvada keçirilən üçtərəfli görüşündə bildirib.

Mirzoyan vurğulayıb ki, görüşlər və danışıqlar kifayət qədər gərgindir. Bəzi məsələlərdə konkret nəticələr var, bəzi məsələlərdə tərəflərin qarşılıqlı razılığa gələ biləcəyi perspektivlər görünür, lakin iki tərəfin mövqelərinin bir-birindən çox uzaq olduğu problemli məsələlər də mövcuddur.

“Biz konstruktivik və bütün platformalarda və bütün istiqamətlərdə danışıqlar aparırıq. Təəssüf ki, dünyada vəziyyət, xüsusən də Azərbaycanın Laçın dəhlizini və Dağlıq Qarabağı qanunsuz blokadaya alması danışıqlar prosesini çətinləşdirir”- deyə ER XİN rəhbəri vurğulayıb.

O, qeyd edib ki, hazırda Dağlıq Qarabağda ciddi humanitar böhran hökm sürür və vəziyyət əsl humanitar fəlakətə yaxındır.

Vəziyyət saatdə-saat ağırlaşır. Dağlıq Qarabağa nə ərzaq, nə də dərman daxil olur, qazın, işığın verilişi dayandırılır, əgər biz bir çarə tapa bilməsək və Azərbaycan Dağlıq Qarabağın blokadasını dayandırmasa, humanitar fəlakət ümumi danışıqlar prosesinə mənfi təsir göstərəcək.

Lakin bir daha təkrar edirəm ki, erməni tərəfi konstruktivdir.Biz danışıqları davam etdirəcəyik” – deyə ER XİN rəhbəri yekunlaşdırıb.

Sergey Lavrov Rusiyanın Cənubi Qafqazda sülh və sabitliyin olmasında maraqlı olduğunu da vurğulayıb.

“Bizim səylərimiz həm Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə, həm də humanitar problemlərin həllinə, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına, insanlar, vətəndaş cəmiyyətləri, ekspert-politoloqlar arasında kommunikasiyanın inkişafına yönəlibdir” – deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button