BaşlıcaSiyasət

Baş nazir:  “Azərbaycan erməni əsirləri siyasi alver vasitəsi kimi istifadə etməyə çalışır”

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycan hələ də erməni əsirləri geri qaytarmır, çünki onlardan Ermənistana siyasi alver və təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.

Alınan məlumata görə, bu barədə Paşinyan iyulun 25-də mətbuat konfransı zamanı bildirib.

“Azərbaycan əsirlərdən siyasi alver və Ermənistana təzyiq vasitəsi kimi vasitəsi kimi istifadə etməyə çalışır ” – deyə Paşinyan bildirib.

Baş nazir Ermənistan tərəfinin 44 günlük müharibədən sonra Azərbaycanın nəzarətinə keçən ərazilərin mina xəritələrini niyə Azərbaycan tərəfinə verməsini izah edib.

“Beynəlxalq ictimaiyyət bizi etimadı artırmaq üçün birtərəfli addımlar atmağa çağırdı. Və biz bu addımı humanitar addım kimi atdıq, sülh səylərində səmimiyyətimizi nümayiş etdirdik”- deyə o, qeyd edib.

Daha çox göstər
Back to top button