Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılması ehtimalına və ondan sonrakı mümkün senarilərə toxunub.
İyulun 25-də keçirilən mətbuat konfransında Paşinyan xatırladıb ki, Rusiya sülhməramlı qoşunlarının Dağlıq Qarabağa yerləşdirilməsinin bir məqsədi var və bu, Rusiya Federal Məclisinin müvafiq qərarında qeyd olunub.
“ Həmin qərarda deyilir ki, Rusiya Federal Məclisi Rusiya Prezidentinə yerli əhalinin kütləvi qırğınının qarşısını almaq üçün Dağlıq Qarabağa sülhməramlı qüvvələr göndərməyə icazə verir.
Və bu cümlə Rusiya Prezidentinin həmin münasibətlə Federal Məclisə müraciətindən götürülüb.Yəni, Rusiya Prezidentinin özü Federal Məclisə müraciət edib ki, Qarabağa kütləvi qırğının qarşısını almaq üçün sülhməramlı qüvvə göndərmək lazımdır.
Rusiya əgər nüanslardan asılı olmayaraq geri çəkilməyə qərar verirsə , bu, ən azı o demək olacaq ki, artıq Dağlıq Qarabağda belə bir təhlükə yoxdur.
Çünki Dağlıq Qarabağda belə bir təhlükə varsa, belə bir qərarın necə qəbul oluna biləcəyini təsəvvür etmək çətindir” – deyə Paşinyan bildirib.
O. əlavə edib ki, əgər Dağlıq Qarabağ əhalisinin kütləvi şəkildə qətlə yetirilməsi təhlükəsi yoxdursa, bu o demək olacaq ki, məsələn, beynəlxalq mexanizm çərçivəsində Bakı-Stepanakert dialoqu effektiv tapılıb və tərəflər artıq sülhməramlı qüvvələrin mövcudluğuna ehtiyac olmadığını qeyd ediblər.