BaşlıcaSiyasət

Ermənistandan Dağlıq Qarabağa humanitar yük aparan karvan hələ də gözləyir, Bakıdan qeyri-insani, kinli bəyanatlar səsləndirilir: ER Xİ nazirinin müavini

Ermənistandan Dağlıq Qarabağa humanitar yardım aparan yük maşınları karvanı hələ də Laçın dəhlizinə daxil olmaq üçün gözləyir, Bakıdan isə BMT məhkəməsinin qərarına məhəl qoymayaraq kinli bəyanatlar verilir.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan “Twitter” mikrobloqunda yazıb.

“Erməni yük maşınlarının karvanı Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa daxil olmaq üçün gözləyir. Bu arada Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin maneəsiz girişi təmin etmək üçün qanuni qüvvəyə malik qərarını yerinə yetirmir”, – deyə Kostanyan yazıb.

O, əlavə edir ki, bundan başqa, Bakıdan “oyun bitdi” kimi qeyri-insani, kinli ifadələr səslənir.

Daha çox göstər
Back to top button