BaşlıcaSiyasət

Freedom House günahsız mülki insanların qəsdən aclıqdan ölməsinə son qoymaq üçün Azərbaycana təzyiq göstərməyə çağırır

“Freedom House” beynəlxalq insan haqları təşkilatı öz “Twitter” səhifəsində Dağlıq Qarabağdakı hazırkı humanitar vəziyyətlə bağlı bəyanat yayıb.

Aldığımız məlumata görə, bəyanatın mətnində xüsusən  qeyd olunur:

“Biz Azərbaycanı BQXK-nın Dağlıq Qarabağa həyati vacib humanitar yardım göstərməsinə icazə verməyə və Laçın dəhlizinin açılması və insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinə zəmanət verməklə sərbəst hərəkəti təmin etmək üçün dərhal işləməyə çağırırıq.

   Bölgədə humanitar vəziyyətin pisləşməsi mülki əhalini həyati təhlükəsi olan dərman və ilkin tələbat mallarından məhrum edib.

Biz demokratik hökumətləri günahsız mülki insanların qəsdən aclıqdan ölməsinə son qoymaq üçün Azərbaycana təzyiq göstərməyə çağırırıq”.

Daha çox göstər
Back to top button