BaşlıcaSiyasət

Nazir problemlərin yarısının həll olunduğunu bildirib:   “Biz AB-nin aviasiya “qara siyahı”sından çıxmaq prosesində aktiv fazaya daxil olmuşuq”

Avropa Birliyinin aviasiya “qara siyahısı”ndan çıxmaq prosesi baxımından Ermənistan aktiv fazaya keçib, problemlərin ən azı yarısı həll olunub.

Aldığımız məlumata görə, bu haqda  Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan parlamentinın İqtisadi məsələlər daimi komissiyasında təşkil olunan müzakirədə “Ermənistan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunun ilkin layihəsini təqdim edərkən bildirib.

Gələn il aviasiya sektoruna 1,6 milyard dram verilməsi planlaşdırılır.

“Qara siyahıdan çıxma prosesi baxımından bu sahədə kifayət qədər aktiv fazaya qədəm qoyduq. Və qarşımızda duran problemlərin ən azı yarısını həll etmişik, digər yarısını həll etməklə məşğuluq. Təlimlər, müxtəlif proseslər, bunun üçün pul da planlaşdırılıb” – deyə Sanosyan bildirib.

Nazirin qiymətləndirməsinə görə, hazırda sektor kifayət qədər sürətli inkişaf tempinə malikdir.

Ermənistan aviasiyası 2020-ci ilin iyun ayından Avropa Birliyinin “qara siyahısı”ndadır. Ermənistanın bütün aviadaşıyıcılarına AB hava məkanına daxil olmaq qadağan edilib.

Daha çox göstər
Back to top button