BaşlıcaSiyasət

Alen Simonyan: “Azərbaycan sübut edir ki, bu aylar ərzində çirkin oyun oynayıb və yalan danışıb”

Azərbaycan aylardır beynəlxalq ictimaiyyəti aldadır ki, Laçın dəhlizi humanitar hərəkat üçün açıqdır. Azərbaycan Ermənistandan Dağlıq Qarabağa göndərilən humanitar yükləri buraxmamaqla və verdiyi bəyanatlarla bu aylarda çirkin oyun oynadığını sübut edir.

 Bu haqda  ER parlamentinin spikeri Alen Simonyan Twitter səhifəsində yazıb.

“Azərbaycan aylarla beynəlxalq ictimaiyyəti aldadıb, Laçın dəhlizinin mühasirədə olan Dağlıq Qarabağa insanların və yüklərin humanitar gediş-gəlişi üçün açıq olduğuna inandırıb.

Dəhlizin girişində humanitar yük maşınlarının karvanını saxlayaraq “Oyun bitdi” kimi iyrənc bəyanatla Azərbaycan sübut edir ki, bu aylar ərzində çirkin oyun oynayıb və yalan danışıb” – deyə Simonyan bildirib.

İyulun 26-da Ermənistandan Artsaxa 361 ton humanitar yardım göndərilib. Azərbaycan tərəfi yük maşınlarının Artsaxa daxil olmasına icazə vermir, humanitar yardım aparan maşın karvanı hələ də Kornidzordadır. Azərbaycan Xarici işlər nazirliyi yükün “təxribat” olduğunu bildirib.

Daha çox göstər
Back to top button