BaşlıcaSiyasət

Ermənistanın BMT-dəki daimi nümayəndəsi DQ-da  humanitar böhranı UNICEF-in icraçı direktoruna təqdim edib

İyulun 26-da Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassellə görüşüb.

Səfir Marqaryan Azərbaycanın Laçın dəhlizinin 7 aydan artıq blokadada olması səbəbindən Dağlıq Qarabağdakı humanitar böhranın uşaqlara təsirini təqdim edib.

Vurğulanıb ki, davam edən blokada uşaqlar üçün xüsusilə ağır humanitar fəsadlar törədib, məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini, səhiyyə xidmətlərinin göstərilməsini pozub, ərzaq, dərman və digər həyati əhəmiyyətli mallara ciddi ehtiyac yaradıb.

 Qeyd olunub ki, Azərbaycan Dağlıq Qarabağı mühasirəyə almaqla 30 mindən çox uşağın fundamental hüquqlarını kobud şəkildə pozur və Dağlıq Qarabağda onların və ailələrinin həyatını qeyri-mümkün etmək məqsədi daşıyır.

Döyüş şəraitində uşaqların müdafiəsində UNİCEF-in funksiyalarını vurğulayan ER-nin daimi nümayəndəsi vurğulamışdır ki, dərinləşən humanitar böhran uşaqların ilkin ehtiyaclarının ödənilməsi və hüquqlarının müdafiəsi üçün Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun birbaşa iştirakını tələb edir.

Daha çox göstər
Back to top button