BaşlıcaSiyasət

İranın Azərbaycandakı keçmiş səfiri: “Haçan ki, beynəlxalq sərhədlər dəyişməzsə qəyyum sülh o zaman olar”

İranın Bakıdakı keçmiş səfiri Möhsün Pak-Ali Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və İranın bu sülhü dəstəkləməsindən danışıb.

“Biz beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinəyik. Məhz beynəlxalq sərhədlərin dəyişmədiyi sülh, ədalətli və sabit ola bilər- deyərək  – ParsToday yazır.

Gündəlik “Farhiğteghan” ilə söhbətində Pak-Ali əlavə etdi:

“Ölkələrin ərazi bütövlüyünə ilk növbədə hörmət edilərsə, sülh yalnız  o zaman  sabit ola bilər. Bu şərtlə bağlanan hər hansı müqavilə daimi müqavilə olacaqdır.

İkincisi, beynəlxalq sərhədlər dəyişdirilməməlidir. Əgər bu sərhədlər dəyişsə, bu, yeni münaqişələrə səbəb olacaq və nəticədə bölgə təhlükəsiz qalacaq.

Odur ki, biz beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinəyik və əminik ki, beynəlxalq sərhədlərin dəyişmədiyi sülh yalnız  ədalətli və sabit ola bilər.

Üçüncü məqam ondan ibarətdir ki, biz regionda sülhün bərqərar olması üçün qeyri-regional ölkələrin daxil olmasını faydalı hesab etmirik.

Onların maraqları olduğundan və bu maraqları təmin etməyə çalışdıqlarını nəzərə alsaq, sülh prosesinə təsir edə bilərlər. Ona görə də biz ABŞ və ya Avropa Birliyi kimi ölkələrin Qafqaz məsələsinə müdaxiləsini faydalı hesab etmirik və bu müdaxilələrin yeni etibarsızlığa səbəb olacağından narahatıq”.

İranın Bakıdakı keçmiş səfiri vurğulayıb:

“Əvvəla, biz hesab edirik ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması bu iki ölkə ilə bağlıdır, yəni Yerevan və Bakı əsas danışıqlar aparan tərəflərdir.

Əgər onlar qeyd etdiyim çərçivədə danışıqlar aparılsa və sülh bərqərar olarsa, təbii ki,o  bizim dəyəyimizə layiq olacaq”.

Daha çox göstər
Back to top button