Başlıcaİctimaiyyət

XHTİ Azərbaycan SQ-nin qeyri-döyüş itkilərinin əhəmiyyətli dərəcədə artdığını qeyd edir

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun keçirdiyi monitorinqin nəticələrinə görə, 2023-cü ilin 7 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 44 hərbi qulluqçusunu itirib. Qeyd olunur ki, onlardan 9 nəfəri döyüş itkiləridir, 35 nəfəri isə qeyri-döyüş itkiləridir.

Ümumilikdə – 2023-ci ildə qeyri-döyüş itkilərindən 4 nəfər yol-nəqliyyat hadisələrindən və ya müxtəlif avtoqəzalardan, 7 nəfər müxtəlif xəstəliklərdən, 1 nəfər qeyri-nizamnamə hadisələrindən, 2 nəfər silahlı basqından, 1 nəfər ehtiyatsızlıqdan, 3 nəfər isə bədbəxt hadisədən dünyasını dəyişib.

2023-cü ildə ümumilikdə 17 hərbi qulluqçu intihar edib.

Bu dövrdə dünyasını dəyişənlərin 28 nəfəri Müdafiə Nazirliyinin, 8 nəfəri Dövlət Sərhəd Xidmətinin, 3 nəfəri Fövqəladə Hallar Nazirliyinin, 2 nəfəri Daxili Qoşunların, 1 nəfər Strateji Obyektlərin Mühafizə İdarəsinin (SOM), 1 nəfər Ədliyyə Nazirliyinin, 1 nəfərsə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) hərbiləşdirilmiş mühafizə idarəsinin əməkdaşları olub.

Dünyasını dəyişənlərin 24 nəfəri əsgər, 6 nəfəri zabit, 4 nəfəri MAXHQ, 3 nəfəri gizir, 1 nəfəri çavuş, 3 nəfəri isə kursant rütbəsində olub. Digər 3 nəfərin rütbəsini müəyyənləşdirmək mümkün olmayıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda qeyri-döyüş itkilərinin sayı ciddi şəkildə artır. Xüsusilə də 2023-ci ilin ilk 7 ayında baş verən itkilər diqqət çəkir.

Daha çox göstər
Back to top button