BaşlıcaSiyasət

Almaniyalı deputat Azərbaycanı DQ-da etnik təmizləmə aparmaqda ittiham edir

Almaniya Bundestaqının xarici əlaqələr komitəsinin sədri Mixael Rot Azərbaycanı Dağlıq Qarabağda etnik təmizləmə aparmaqda ittiham edib. Jurnalistin verdiyi xəbərə görə,  bu barədə Rot özünün “Twitter” mikrobloqunda yazıb.

“Azərbaycan Dağlıq Qarabağa humanitar yardımın qarşısını alır. Bu, beynəlxalq hüququn pozulmasıdır. Dağlıq Qarabağ Azərbaycana məxsus olsa belə, bu, etnik təmizləməyə haqq qazandırmır.

 AB və ABŞ birmənalı mövqe tutmalıdır. Ermənistan Rusiyanın “ovuna” çevrilməməlidir”- deyə Rot mötəbər xəbər saytı t-online.de-nin Dağlıq Qarabağda qaçılmaz soyqırımı ilə bağlı məqaləsini yayaraq yazıb.

Azərbaycan iyunun 15-dən Laçın dəhlizini tamamilə bağlayıb və bunun nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyət günü-gündən ağırlaşır.

40 gündən artıqdır ki, Dağlıq Qarabağ hər cür ləvazimatdan məhrumdur, ərzaq, ilkin tələbat malları, dərman qıtlığı var.

İyulun 26-da Ermənistan Artsaxa humanitar yardım göndərib, lakin Azərbaycan yük maşınlarının Dağlıq Qarabağa daxil olmasını qadağan edib.

19 yük maşını hələ də Sünik rayonunun Kornidzor qəsəbəsində, Laçın dəhlizinin başlanğıcında dayanır.

Yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın dəhlizi ilə hərəkət etmək imkanı məhduddur, onun vasitəsilə müalicəyə ehtiyacı olan vətəndaşlar Artsaxdan Ermənistana aparılır, lakin iyulun 29-da Azərbaycan 68 yaşlı Vaqif Xaçatryanı qaçırıb.

BQXK-nın himayəsində olan Xaçatryan “Laçın dəhlizi” keçid məntəqəsindən oğurlanıb, Bakıya aparılıb və saxta ittihamlar irəli sürülüb.

Ermənistan və Artsax rəhbərliyi də öz çoxsaylı bəyanatlarında Azərbaycanın hərəkətlərini Azərbaycanın Dağlıq Qarabağda etnik təmizləmə aparmaq üçün atdığı addımlar kimi şərh edib.

Daha çox göstər
Back to top button