BaşlıcaSiyasət

Luis Moreno Ocampo Qarabağ prezidentinə cavab verib:  “Dərinləşən blokada soyqırımı cinayətinə uyğun gəlmirmi?”

Beynəlxalq hüquq üzrə aparıcı mütəxəssis, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, Harvard və Yel universitetlərinin müəllimi Luis Moreno Ocampo Artsax Respublikasının Prezidenti Arayik Harutyunyanın məktubuna cavab verib.

 Qarabağda dərinləşən blokadanın soyqırım cinayətinə uyğun olub-olmaması ilə bağlı rəy.

Alınan məlumata görə, DQ  Prezidentinin mətbuat katibi Lusine Avanesyan bunu “Artsaxpress”lə söhbətində deyib və qeyd edib ki, Moreno Ocampo Artsax prezidentinə xüsusi olaraq cavab məktubu göndərib.

“Problemi təhlil edərək qənaətimi sizə təqdim etmək mənim üçün şərəf olacaq. Mən faktları və qanunları təhlil edərək geniş hesabat hazırlayacağam. Qiymətləndirməm qərəzsiz və təmənnasız olacaq”.

Soyqırımın icrası ilə bağlı nəticə çıxarmaq üçün mən Azərbaycan liderlərinin niyyətlərini təhlil etməliyəm ki, faktlara əsaslanaraq bu qənaətə gəlmək olar. Dəqiqliyimi və qərəzsizliyimi qorumaq üçün Azərbaycan prezidentinə yazacağam, ona birbaşa mövqeyini aydınlaşdırmaq imkanı verəcəyəm.

Problemin aktuallığını, o cümlədən 120 min erməninin aclıq təhlükəsini nəzərə alaraq, hesabatımı 7 gün ərzində dərc etməyi planlaşdırıram. Zəhmət olmasa, təhlil üçün vəziyyətə təsir edə biləcək hər hansı yeni hallar barədə məlumat verin”.

Lusine Avanesyanın sözlərinə görə, cavab məktubundan əlavə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru da özünün Twitter mikrobloqunda üç dəfə mövzuya toxunub.

Daha çox göstər
Back to top button