BaşlıcaSiyasət

Sülh razılaşmasına nail olmaq üçün Bakı və Yerevan çətin kompromislərə getməlidir: ABŞ Dövlət Departamentinin mətbuat katibi

Vaşinqton Ermənistan-Azərbaycan sülh sazişi üzrə danışıqlara sadiq qalır və sülh sazişinin əldə olunmasının mümkün olduğuna inanır. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller mətbuat konfransında Yerevanla Bakı arasında danışıqlar prosesi və dövlət katibi Blinkenlə Azərbaycan prezidenti Əliyev arasında son telefon danışığı ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz həmişə demişik ki, ona (sülh sazişinə) nail olmaq üçün hər iki tərəf çətin kompromislərə getməlidir. Dövlət katibinin razılığa gələ bilməmiz üçün həm Ermənistan, həm də Azərbaycan liderləri ilə müzakirələri davam etdirməsinin səbəbi də budur ki, onları çətin kompromisləri etməyə təşviq etsin”, – deyə Dövlət Departamentinin mətbuat katibi bildirib.

Daha çox göstər
Back to top button