BaşlıcaSiyasət

Aİ-nin Kapanda açılan müşahidə missiyasının yeni mərkəzi Syunikdə sərhəddəki vəziyyətə nəzarət edəcək

Kapanda Aİ-nin Ermənistandakı müşahidə missiyasının əməliyyat mərkəzi açılıb. Açılışda Syunik icra hakimiyyətinin başçısı Robert Qukasyan, Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbəri Markus Ritter, başçı müavini Yan Pleşinder iştirak ediblər.

Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbəri deyib ki, Aİ missiyasının planına əsasən Ermənistanda 6 əməliyyat bazası yaradılmalı idi və bu gün onlar buna bir addım da yaxınlaşıblar.

Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbərinin sözlərinə görə, onlar Kapandan sonra İcevan və Yeğegnadzorda mərkəzlər açmaq niyyətindədirlər.

“Strateji coğrafi mövqeyini nəzərə alaraq, Kapandakı bu mərkəz Aİ missiyasının mandatı baxımından vacibdir. Və bu mərkəz bizə Syunik və Kapandakı təhlükəsizlik vəziyyəti haqqında daha müntəzəm məlumat verməyə imkan verəcək”,- deyə o əlavə edib ki, missiyanın Kapanda olması sülh prosesinə töhfə verəcək, onlar əhali arasında təhlükəsizlik hissini artıra biləcəklər.

Daha çox göstər
Back to top button