BaşlıcaSiyasət

Biz sülh sazişinin əldə olunacağına inanırıq: Metyu Miller

“Dəfələrlə qeyd etdiyimiz kimi, sülh sazişinin əldə olunacağına inanırıq. Ona görə də biz Ermənistan və Azərbaycan liderləri ilə tam sülh razılaşmasına nail olmaq üçün onları çətin kompromislərə razı salmaq üçün ən yüksək səviyyədə əlaqə saxlamağa davam edirik”, – deyə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

Millerin bu fikirləri ABŞ-ın Qafqazdakı danışıqlar üzrə baş müşaviri Luis Bononun regiona gözlənilən səfəri məlum olduqdan sonra deyib.

Dövlət Departamenti onun səfərinin hər hansı təfərrüatını açıqlamaqdan imtina edib.

Daha çox göstər
Back to top button