BaşlıcaSiyasət

David Tonoyan:  “Ermənistan SQ-I özündən 2-3 dəfə böyük qüvvəyə tab gətirib”

Qeyd edib ki, 2018-ci ildə Müdafiə naziri təyin olunanda Ermənistan Silahlı qüvvələri özündən 2-3 dəfə üstün olan qüvvəyə  müqavimət göstərə bilib.

Yəni müdafiə döyüşünün aparılması baxımından Ermənistan Silahlı qüvvələrinin vəziyyəti qənaətbəxş qiymətləndirilib.

Bu haqda Davit Tonoyan 44 günlük müharibənin şəraitini öyrənən istintaq komissiyasının açıq iclasında Müdafiə naziri vəzifəsini icra edən zaman Silahlı qüvvələrin hansı vəziyyətdə olması ilə bağlı sualı cavablandırarkən  bildirib.

Tonoyan qeyd edib ki, Ermənistan Respublikasına qarşı təhdidlərə qarşı durmaq, eləcə də Artsax xalqının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan Silahlı qüvvələri öz qüvvələrindən 2-3 dəfə üstün qüvvəyə  müqvimət  göstərə biliblər.

Hesaba almaqla qoşunların hazırlıq dərəcəsini, coğrafiyasını,  o xüsusiyyətləri hansını ki, Silahlı qüvvələrin  var idi.

“Niyə 2-3 dəfə  üstün deyirəm? Demək istəyirəm ki, Silahlı qüvvələrin hazırlıq səviyyəsi müdafiə döyüşü baxımından kifayət idi. Bu, mənim qiymətləndirməm deyil, hesablanmış və əsaslandırılmış məlumatdır” – deyərək David Tonoyan  bildirib.

“KP” fraksiyasının deputatı Vahaqn Aleksanyan sual edib ki, 44 günlük müharibə başlayanda Azərbaycan silahlı qüvvələri texniki təchizat baxımından Ermənistan silahlı qüvvələrindən 2-3 dəfəmi üstün olub yoxsa fərq daha böyük idi.

Davit Tonoyan dəqiqləşdirdi  ki, o, müharibənin başladığı vaxtda qüvvələr nisbəti ilə bağlı suala yox, Silahlı qüvvələrin hazırlıq vəziyyəti ilə bağlı suala cavab verib.

Daha çox göstər
Back to top button