BaşlıcaBeynəlxalq

Dünya Kilsələr Şurası Azərbaycanı Laçın dəhlizinin qadağasını dərhal dayandırmağa çağırır

Ümumdünya Kilsələr Şurası (WCC) Azərbaycanı Dağlıq Qarabağın blokadasını dərhal aradan qaldırmağa çağırır.

 Çünki 120 mindən çox insan, o cümlədən 30 mini uşaq olmaqla ağır humanitar böhrandan əziyyət çəkir. Bu barədə Ümumdünya Kilsələr Şurası məlumatlandırıb.

“Nə qədər ki, mühasirəyə alınmış Dağlıq Qarabağda (Artsax) humanitar böhran faciəvi həddə çatıbdır, Ümumdünya Kilsələr Şurası beynəlxalq ictimaiyyətin təcili və təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı öz bəyanatlarını və mövqelərini bir daha təsdiq edir”- deyərək WCC-nin baş katibi Cerri Pillay bildirib.

“Ermənistanı birləşdirən yeganə yol olan Laçın dəhlizinin 7 aydan artıqdır bağlanması humanitar fövqəladə vəziyyət yaradıb və uşaqlar da daxil olmaqla 120 min insanın həyatını böyük riskə atıbdır.

İnsanların qidası, dərmanı, işığı, qazı yoxdur. Ümumdünya Kilsələr Şurası beynəlxalq ictimaiyyəti blokadaya son qoymaq və Qarabağ xalqının həyatını xilas etmək üçün dərhal və tez müdaxilə etməyə, sonra isə regionda ədalətli sülhün bərqərar olması üçün diplomatik həll yolları tapmaq üçün səylərə başlamağa çağırır”-deyərək Pillay bildirib.

Ümumdünya Kilsələr Şurası Azərbaycanı və digər cəlb olunmuş qüvvələri blokadanı dərhal aradan qaldırmağa və mülki əhalinin, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə fasiləsiz hərəkətini və maneəsiz humanitar çıxışı təmin etmək, Qarabağın (Artsaxın) erməni əhalisinin əziyyətini yüngülləşdirmək üçün Laçın dəhlizini yenidən açmağa çağırır.

Ümumdünya Kilsələr Şurası Dağlıq Qarabağ ilə bağlı bir sıra bəyanatlar və protokollar, o cümlədən  Ümumdünya Kilsələr Şurasının  11-ci Assambleyasının “2020-ci il Dağlıq Qarabağ müharibəsinin nəticələri” adlı protokolunda kimyəvi silahdan istifadəni məhkum etdiyini təsdiq edib.

Kimyəvi silahları və kaset sursatlarının istifadəsi, mülki əhalinin itkiləri, xəstəxanalara, ictimai infrastruktura və digər obyektlərə hücumlar və münaqişə zamanı şahidi olmuş bütün digər hərbi cinayətlərin, baş kəsmələrin, işgəncələrin və digər vəhşiliklərin münaqişə ərzində şahidi olmuşlar.

Daha çox göstər
Back to top button