BaşlıcaSiyasət

Ararat Mirzoyan və Xosep Borel DQ-da artan humanitar böhranı müzakirə ediblər

ER Xarici işlər naziri Ararat Mirzoyan və AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borel telefon danışığı ərzində  Dağlıq Qarabağda artan humanitar böhranı müzakirə ediblər.

ER Xarici işlər nazirliyinin məlumatına görə, həmsöhbətlər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ararat Mirzoyan Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli qərarlarına uyğun olaraq Laçın dəhlizinin blokadasının dərhal götürülməsinin vacibliyini, DQ-da ərzaq, dərman və digər əsas tələbat malları ilə təmin edilməsinin təcili olduğunu vurğulayıb.

 Dağlıq Qarabağa çıxışı olan yeganə beynəlxalq humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsinin tam və fasiləsiz fəaliyyətinin təmin edilməsinin zəruriliyi vurğulanıb.

Xarici işlər naziri Dağlıq Qarabağdan müalicə məqsədilə Ermənistana keçirilmiş Vaqif Xaçatryanın Azərbaycanın sərhəd mühafizə xidməti tərəfindən oğurlanması hadisəsini beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması adlandırıb.

Ermənistan Xarici işlər nazirliyinin rəhbəri Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizlik məsələlərinin beynəlxalq mexanizm çərçivəsində həllinin vacibliyi ilə bağlı erməni tərəfinin mövqeyini bir daha təsdiq edib.

Azərbaycan tərəfindən Dağlıq Qarabağda etnik təmizləməyə istiqamətlənmiş əməliyyatın qarşısının alınması üçün beynəlxalq tərəfdaşların aydın addımlar atmasının zəruriliyi vurğulanıb.

Daha çox göstər
Back to top button