ArtsaxBaşlıcaSiyasət

BMT-nin baş katibi DQ-da humanitar vəziyyətin pisləşməsindən narahatdır

BMT-nin baş katibi Antoniu Quterreş Laçin dəhlizi ilə hərəkət azadlığı ilə bağlı problemlər barədə məlumatlardan narahatdır.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavininin şərhində deyilir.

“Baş katib Laçın dəhlizi ilə hərəkət azadlığı ilə bağlı problemlərin davam etməsi ilə bağlı xəbərlərdən dərin narahatdır. Baş katib Beynəlxalq Ədalət Məhkəməsinin müddəalarının həyata keçirilməsinin zəruriliyi ilə bağlı əvvəlki bəyanatını xatırladır.

O, xüsusilə yerlərdə humanitar vəziyyətin pisləşməsindən narahatdır və ehtiyacı olanları humanitar yardımla təmin etmək üçün təcili tədbirlər görməyə çağırır. Baş katib tərəfləri regionda təhlükəsizlik və sülh naminə münasibətlərin uzunmüddətli nizamlanması istiqamətində səyləri aktivləşdirməyə çağırır”, – deyə bəyanatda qeyd olunub.

Daha çox göstər
Back to top button