BaşlıcaSiyasət

Fransanın ER-nın yeni təyin olunmuş səfiri Sünikdədir

Sünik qubernatoru Fransanın Ermənistana yeni təyin olunmuş Fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinni ilə görüşüb.

Robert Ğukasyan səfiri vəzifəyə təyin olunması münasibətilə təbrik edib və etimadnaməsini təqdim etdikdən qısa müddət sonra Syunikə baş çəkdiyinə görə ona təşəkkür edib.

“Bu, Fransa Respublikasının Sünikə diqqətini bir daha təsdiqləyir və region əhalisi adından hər gün müxtəlif səviyyələrdə Fransanın dəstəyini hiss etdiyimizə görə sizə təşəkkür edirəm” – deyə qubernator bildirib.

Cənab Dkotini qeyd edib ki, təyinatdan sonra o, ilk səfərini Yerevandan kənarda Syunikə etməli olub və bu, təsadüfi deyil. “Syunik strateji əhəmiyyətə malik  olan bir bölgədir və həm də təhlükələrlə üz-üzədir və  bu böllgənin sabitliyi bütün Ermənistan üçün vacibdir”.

Görüş zamanı tərəflər iqtisadiyyat, mədəniyyət və səhiyyə sektorlarında icmalar arasında qeyri-mərkəzləşdirilmiş əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Syunik və Overnj-Ron- Alp arasında  imzalanmış əməkdaşlıq sazişinin bəndlərinin daha fəal həyata keçirilməsinə də istinad edilib.

Sünik qubernatoru və yüksək səviyyəli fransalı diplomat ikitərəfli səmimi dostluq və sıx əməkdaşlıq münasibətlərini dərinləşdirməyə hazır olduqlarını bir daha təsdiq etdilər.

Daha çox göstər
Back to top button