BaşlıcaSiyasət

Paşinyan:  “Noyabrın 9-da imzalanan sənəd hüquqi aspektinə görə sülh müqaviləsi və ya sülh sövdələşməsi deyil”

2020-ci il noyabrın 9-da imzalanmış sənəd  sülh  müqaviləsi və ya sülh sövdələşməsi deyil. Bu haqda  ER Baş naziri Nikol Paşinyan Euronews telekanalına müsahibə verərkən  deyib.

“Lakin o qədər de-yure yox,  b o qədər  de fakto olaraq onun bir sıra müddəaları kobud şəkildə pozulubdur.

Ona görə ki, bəli, sizinlə mən razıyam, bəli, mən sizinlə razıyam ki, bu, sülhün gələcək arxitekturasının bəzi təssəvvürü ola bilər.

Təəssüflər olsun  ki, bir çox müddəalar elə Azərbaycan tərəfindən  mütəmadi olaraq pozulur. Siz Qarabağdan sualınızı qeyd etdiniz Qarabağ barədə danışdınız və bu hamı üçün anlaşılandır.

Amma,məsələn, Azərbaycan tərəfi   israrla  qeyd edir ki, Dağlıq Qarabağ  yoxdur, baxmayaraq ki, noyabrın 9-da  üçtərəfli bəyannamədə  “Dağlıq Qarabağ” subyektinin varlığı  sahmanlaşmışdır.Məhz Azərbaycan prezidenti həmin  bəyannamənin altında imza atmışdır.

Üstəlik, qeyd olunur ki, DQ-da  təmas xətti mövcuddur və o da  üçtərəfli bəyənnaməni 7-ci bəndində təstiq olunub.

Bundan başqa, qaçqınlar və məcburi köçkünlər BMT-nin  Qaçqınlar məsələləri üzrə  ali  komissarlığı idarəsinin  himayəsiylə Dağlıq Qarabağ ərazisinə və ətraf  rayonlara  qayıdır.

Təəssüf ki, Azərbaycan bu öhdəliyi və bu hüququ bu günə qədər təmin etməyib. Üstəlik, müharibə  zamanı bir sıra ermənilərdən tərk edilmiş kəndlərdə  tikinti işlərini aparır və Azərbaycan əraziləri azərbaycanlılarla  məskunlaşdırmaq üçün  elan edir.

Qeyd etmək lazımdır ki,üçtərəfli bəyənnamənin 8-ci  bəndinə zidd olaraq əsirləri və girovları ümumiyyətlə  başqa həbs edilmiş şəxslər geri qaytarılmayıb.

Bu yaxınlara qədər Ermənistan Respublikasından, Ermənistan tərəfdən 33 əsir olub, bu yaxınlarda 2 nəfər də  oğurlanıb”- deyərək Paşinyan  qeyd edib.

Paşinyan deyib ki, Laçın dəhlizi  bağlanıb ki,  hansı ki, həmçinin üçtərəfli  bəyənnamənin  müddəalarının pozulmasıdır.

 “Sizin qeyd etdiyiniz Laçın dəhlizi  hansı ki, sizin  xatırlatdığınız üçtərəfli bəyənnamədə təstiqini tapıbdır və hansı ki, Dağlıq Qarabağın Ermənistan Respublikasıyla əlaqələrini təmin edirdi  və ona əsasən  o cümlədən  Azərbaycan prezidentinin imzasıyla gərək  orada rus sülhməramlılarının nəzarətində olmalıydı.

Qeyd edək ki,  Laçın dəhlizi yalnız yol deyil istərdim ki, Sizin diqqətinizi  5 km eni olan əraziyə cəlb edim ki, o da Azərbaycan tərəfindən qeyri-qanuni  bağlanmışdır”.

Daha çox göstər
Back to top button