BaşlıcaSiyasət

“Tatoyan” Fondu: “Azərbaycan erməni hərbçilərin ailə üzvlərinə qəsdən mənəvi əziyyət verib”

Azərbaycan erməni hərbçilərinin analarına, bacılarına və onların digər ailə üzvlərinə qəsdən mənəvi əziyyətlər verib. Bu barədə “Tatoan” Fondu yeni hesabat təqdim edib.

“2020-ci il Azərbaycan tərəfindən Ermənistan və Artsaxa qarşı 44 günlük və 2022-ci il 13-14 sentyabr müharibəsi zamanı Azərbaycan silahlı qüvvələri bir çox hərbi cinayətlər, o cümlədən hərbi əsirlərə və mülki şəxslərə işgəncələr vermiş, məhkəməsiz qətllər törətmişdir.

Bunların əsasında isə həmin ölkənin hökumətinin erməni nifrət və düşmənçiliyinin faşist siyasətini davam etdirməsidir

Azərbaycan süni cinayət təqibləri və uydurma məhkəmə aktları ilə erməni hərbi əsirləri və mülki insanları bu günə kimi geri qaytarmır. Bu yolla Azərbaycan hökuməti istər Qarabağda , istərsə də Ermənistanda erməni ailələrinə bilərəkdən mənəvi əziyyətlər verir.

Bu hesabatda Azərbaycanın həmin cinayət əməlləri müzakirə edilir və hüquqi qiymət verilir. Məsələn, Azərbaycan əskərlərinin  əməliyyat-axtarış tədbirlərinə mane olması, gizlədilməsi və hərbi qulluqçuların meyitlərini qaytarmamışlar və s..

“Facebook”, “Twitter”, “TikTok” və digər sosial şəbəkələrdə erməni auditoriyasını hədəf alan azərbaycanlı istifadəçi hesabları öldürülən və işgəncələrə məruz qalanların fotolarını  hərbçilərin ailələrinə göndərir  və yayırlar.

Araşdırmalar təsdiq edir ki, qeyd olunan cinayətlər Azərbaycan hakimiyyəti tərəfindən həvəsləndirilir. Onların məqsədi ailələrə ağır psixoloji ağrı vermək, Ermənistan cəmiyyətində gərginliyi saxlamaqdır.

Bu hesabatın hazırlanmasına həmçinin hərbçilərin ailələri ilə müsahibələr və lazımi sənədlərin öyrənilməsi daxildir.

Hesabatın hazırlanmasında göstərdikləri dəstəyə görə hərbçilərin ailələrinə minnətdarlığımızı bildiririk.

Bu hesabat ABŞ hüquqşünasları Karo Ğazaryan və Qarniq Kerkonyanın da iştirak etdiyi “Tatoyan” Hüquq və Ədalət Mərkəzi tərəfindən hazırlanıb”- deyə Fondun Facebook səhifəsində yazılıb.

Daha çox göstər
Back to top button