ArtsaxBaşlıcaSiyasət

Azərbaycana beynəlxalq təzyiqlər artır։ XİN rəsmisi

Xarici İşlər Nazirliyi gündəlik olaraq problemin həllinə cəlb olunur. Beynəlxalq birliyin nümayəndələri yerindəcə vəizyyətlə tanış etdirməyə və öz paytaxtlara və beynəlxalq təşkilatların qərargahlarına Laçın dəhlizinin tamamilə bağlı olmasına dair hesab verməyə çalışırıq. Bu barədə XİN əməkdaşı Davit Knyazyan qeyd edib.

“Bu, Azərbaycanın dəhlizin açıq olması ilə bağlı bəyanatlarının yalan olduğunu, Azərbaycanın beynəlxalq humanitar hüquq və Beynəlxalq Ədalət Məhkəməsinin qərarları ilə müəyyən edilmiş hüquqi öhdəliklərini yerinə yetirmədiyini göstərmək baxımından çox vacibdir”,- XİN rəsmisi vurğualdı.

Onun sözlərinə görə, BMT-nin Ermənistandakı ofisinin əməkdaşları Laçın dəhlizinin bağlı olduğunu öz gözləri ilə görmək üçün Kornidzorda olublar.

“Bizim böyük gözləntilərimiz var ki, beynəlxalq ictimaiyyətin Azərbaycana təzyiqi Laçın dəhlizinin açılmasına imkan yaradacaq və burada yerləşən humanitar yüklərin Dağlıq Qarabağa daxil olmasına şərait yaradacaq. Bu baxımdan bizdə müsbət irəliləyişlər var, artıq Aİ, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı, tərəfdaş ölkələr tərəfindən çoxlu bəyanatlar verilib, məsələ beynəlxalq mediada geniş işıqlandırılır. Bir sıra beynəlxalq insan haqları təşkilatları bəyanatlar verib. Beynəlxalq ictimaiyyətin Azərbaycana təzyiqinin artırılması istiqamətində fəaliyyətimizi davam etdiririk”,- o vurğuladı.

Daha çox göstər
Back to top button