BaşlıcaSiyasət

Bakı ilə Yerevan arasında tələsik hazırlanmış barışıq sazişi yeni münaqişələrə gətirib çıxaracaq։ Rusiya XİN

Azərbaycanla Ermənistan arasında tələsik sülh müqaviləsi bağlamaq cəhdi gələcəkdə yeni münaqişələrə gətirib çıxaracaq. Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

“Tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq. Prioritet sürətə deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanmasına verilməlidir”,- diplomat vurğuladı.

Qonçar qeyd edib ki, sülh sazişin imzalanma tarixləri tərəflərin özləri tərəfindən müəyyən edilir.

“Məsuliyyətli vasitəçilərin vəzifəsi fürsətçi mülahizələr naminə danışıqlar prosesini sürətləndirmək deyil, möhkəm uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir. Onlar yerlərdəki reallıqlara, ilk növbədə, ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatlarına və onların əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdır”.

Daha çox göstər
Back to top button