ArtsaxBaşlıcaSiyasət

Biz beynəlxalq ictimaiyyətin Azərbaycan hakimiyyətinə təzyiqinə əhəmiyyət veririk։ XİN rəsmisi

Laçın dəhlizi tamamilə bağlı olaraq qalır və Azərbaycan tərəfindən istənilən növ humanitar yardımın daşınması qadağandır. Bu barədə Syunikdə BMT nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xarici İşlər Nazirliyinin Çoxtərəfli Siyasət və İnkişaf üzrə Əməkdaşlıq İdarəsinin rəisi Davit Knyazyan bildirdi.

“Bu, Azərbaycan tərəfindən beynəlxalq humanitar hüququn və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının kobud şəkildə pozulmasıdır. 7 aydan artıqdır davam edən Dağlıq Qarabağın blokadası çox ciddi humanitar böhrana səbəb olub.

Xüsusilə uşaqlar, hamilə qadınlar, tibbi yardıma ehtiyacı olanlar, qocalar üçün ağır vəziyyət yaradılıb. Uzun müddət Artsaxa təkcə ərzaq, dərman deyil, həm də yanacaq daxil olmadığı üçün ölkənin nəqliyyat və səhiyyə sistemləri tamamilə iflic vəziyyətindədir.

İctimai nəqliyyat olmadığı üçün kəndlərlə Stepanakert arasında əlaqə çətinləşib, nəticədə kəndlərin əhalisi ilkin tibbi yardım almaq imkanına malik deyil. Kənd təsərrüfatı mövsümü başlayandan bəri Azərbaycan bilərəkdən tarlalarda yaşayan mülki əhalini hədəfə alır”,- o vurğuladı.

XİN rəsimisinin sözlərinə görə, bütün bunlar Azərbaycanın planlaşdırdığı siyasətdir.

“Yaradılan böhran fonunda Ermənistan Artsaxa humanitar yüklər göndərmək qərarına gəlib. İyulun 26-dan humanitar yüklər Kornidzor hissəsindədir və onları Artsax əhalisinə ötürmək imkanı olmayıb. Biz yalnız humanitar yüklərin tez və təhlükəsiz daşınması məqsədi ilə Rusiya sülhməramlı qüvvələri ilə konstruktiv müzakirələrdə iştirak edirik. Təəssüf ki, Azərbaycan tərəfinin verdiyi bəyanatlar göstərir ki, humanitar yüklərin çatdırılmasını siyasiləşdirir və onun Dağlıq Qarabağa daşınmasına qadağa qoyub. Bu kontekstdə biz beynəlxalq ictimaiyyətin Azərbaycan hakimiyyətinə təzyiqinə əhəmiyyət veririk.

Ümid edirəm ki, siz vəziyyətin düzgün başa düşülməsini və BMT Katibliyinin müvafiq cavabını təmin etmək üçün yerdə aldığınız bu məlumatı BMT-nin qərargahına ötürəcəksiniz”.

Daha çox göstər
Back to top button