BaşlıcaSiyasət

Ermənistan KTMT müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı mövqeyini dəyişməyib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçilərinin Ermənistanda yerləşdirilməsi ilə bağlı Yerevanın mövqeyində dəyişiklik yoxdur.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Badalyanın sözlərinə görə, Ermənistan KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazır olduğunu bəyan edib, lakin ötən ilin sentyabrında baş vermiş hadisələrlə bağlı tərəfdaşlarının siyasi qiymət verməsini gözləyir.

Qeyd edək ki, yaxın zamanda Rusiya XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan müsahibəsində bildirmişdi ki, KTMT Ermənistan – Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsi məsələsinin müzakirəsinə qayıtmağa hazırdır və Təşkilat rəsmi Yerevanın cavabını gözləyir.

Daha çox göstər
Back to top button