BaşlıcaSiyasət

Paşinyan: “Əgər Azərbaycan Laçın dəhlizinin qarşısını bağlamadığını iddia edirsə, RF sülhməramlı qüvvələri niyə DQ-a humanitar yardımın daxil olmasını təmin etmir?”

Azərbaycan prezidentinin “Euronews”a müsahibəsində Laçın dəhlizinin bağlanmaması ilə bağlı bəyanatından sonra Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qoşunlarının izahatını dinləmək lazımdır.

 Bu barədə ER Baş naziri Nikol Paşinyan hökumətin avqustun 3-də keçirilən iclası zamanı bildirib.

“Azərbaycan Laçın dəhlizinin qarşısını almadığını iddia edirsə, onlar (Rusiya Federasiyasının sülhməramlı qoşunları – red.) ER hökumətinin göndərdiyi humanitar yardımın Dağlıq Qarabağa daxil olmasını niyə təmin etmirlər?

Düşünürəm ki, bu məsələyə aydınlıq gətirilməlidir və bizim qurumlar buna uyğun olaraq bu məsələyə aydınlıq gətirmək istiqamətində çalışmalıdırlar”.

Daha çox göstər
Back to top button