BaşlıcaSiyasət

Qlobal Müdafiə Məsuliyyəti Mərkəzi Azərbaycanı Laçın Dəhlizi ilə sərbəst hərəkəti təmin etməyə çağırıb

Qlobal Müdafiə Mərkəzi (Qlobal Centre For The Responsibility To Protect) Azərbaycanın Laçın Dəhlizinin qanunsuz bloklanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrandan bəhs edib.

Mərkəz hər hansı bir yerdə əhalinin təhlükə altında olduğu və ya kütləvi vəhşiliklərə məruz qaldığı vəziyyətləri qeyd edən həftəlik “Vəhşiliklər barədə xəbərdarlıq” nəşrində Dağlıq Qarabağdakı vəziyyətə toxunub.

Nəşr qeyd edir ki, Azərbaycan 7 aydan artıqdır ki, Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizini bağlayıb və humanitar böhrana səbəb olub.

“Blokada Dağlıq Qarabağda yaşayan 120 minə yaxın ermənini, o cümlədən 30 mini uşaqları ərzaq, dərman, elektrik enerjisi, yanacaq kimi həyati əhəmiyyətli resurslardan məhrum edib.

 İyulun 28-də Ermənistan hökuməti Azərbaycanı 400 tona yaxın humanitar yardım çatdırmaqdan imtina etməkdə ittiham edib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin iyulun 25-də yaydığı bəyanatda deyilir ki, davamlı səylərə baxmayaraq, BQXK-ya dərman və zəruri ərzaqların çatdırılmasına sonuncu dəfə həftələr əvvəl icazə verilib.

Azərbaycan hakimiyyətlərinin  blokadaya dərhal son qoyması lazımdır. Laçın dəhlizi ilə insanların və yüklərin sərbəst hərəkətini təmin etməli, habelə beynəlxalq hüquq normalarına və Beynəlxalq Məhkəmənin qərarına uyğun olaraq humanitar yardımın təmin edilməsinə zəmanət verilməlidir.

Avropa Şurası Parlament Assambleyasının yerlərdə humanitar vəziyyəti qiymətləndirmək üçün müstəqil faktaraşdırıcı missiya göndərilsin” – deyərək nəşr yazır.

Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan da Qlobal Müdafiə Məsuliyyəti Mərkəzinin dərcinə “Twitter”də yazı ilə reaksiya verib.

“Qlobal Müdafiə Məsuliyyəti Mərkəzi qeyd edib ki, Azərbaycanın Laçın Dəhlizinə mane olması Dağlıq Qarabağda minlərlə insanı risk altında saxlamış olur”- deyərək Badalyan yazıb.

Daha çox göstər
Back to top button