Başlıcaİctimaiyyət

Azərbaycanda represiyalar heç zaman dayanmayıb – AND Hərəkatı aksiya keçirib

Avqustun 6-da Azərbaycan Naminə Demokratiya (AND) Hərəkatı Strasburq şəhərinin mərkəzində, Kleber meydanında Azərbaycanda “siyasi məhbuslara azadlıq və repressiyalara son” tələbi ilə aksiya keçirib. Bu barədə Turan məlumat yayıb.

Aksiyada hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan siaysi fəalların, həmçinin Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun fotoları qaldırılıb.

AND Hərəkarının rəhbəri Qənimət Zahid bildirib ki, Azərbaycanda represiyalar heç zaman dayanmayıb.

“Son zamanlar perressiyalar daha da şiddətlənib. Demək olar ki, hər gün kimlərinsə tutulduğunu, polis idarələrinə çağırıldığını, şərləndiyini, şərlənmək üçün potensial namizəd kimi hədəfə gəldiyini müşahidə edirik”, o qeyd edib.

Qənimət Zahid deyib ki, Azərbaycandakı həbsləri dünyanın mütərəqqi cəmiyyətlətini hidləndirib.

Daha çox göstər
Back to top button