BaşlıcaSiyasət

DQ XİN: “Beynəlxalq  ifaçılar Azərbaycan tərəfindən soyqırımın həyata keçirilməsinin qarşısını almağa qadirdirlər”

DQ Xarici işlər nazirliyi Azərbaycanın soyqırımı niyyətinin dayandırılması üçün beynəlxalq ictimaiyyətin qətiyyətli addımlar atmasının zəruriliyi ilə bağlı bəyanat yayıb.

“Biz Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, Avropa Şurası və digər mötəbər beynəlxalq ifaçılar tərəfindən Laçın dəhlizinin Azərbaycan tərəfindən qeyri-qanuni şəkildə bloklanmasının dərhal dayandırılması ilə bağlı ən yüksək səviyyədə çağırışlarıvacib sayırıq.

Eyni zamanda, bu, bu cür çağırışların lütfkarlıq və tam cəzasızlıq şəraitində öz soyqırım siyasətini davam etdirən və Qarabağın 120.000 sakinini acından öldürən, onlara dözülməz həyat şəraiti yaradan Azərbaycan rəhbərliyinə heç bir təsiri yoxdur və bu da göz önündədir.

Beynəlxalq strukturların, ayrı-ayrı dövlətlərin və təşkilatların vaxtaşırı çağırış və bəyanatlarında, istisnasız olaraq, hamısı Laçın dəhlizinin qanunsuz blokadaya alınması faktını qeyd edir.

 Dəhlizdə sərbəst hərəkətin bərpa olunmasının zəruriliyini qeyd edir, lakin heç bir səmərəli və bu istiqamətdə konkret addımlar atılmır.

Lakin Artsax Respublikasında yaranmış humanitar fəlakət və insan haqları böhranı günü-gündən daha da ağırlaşır.

Qarabağa humanitar yardımın çatdırılması üçün alternativ yollardan istifadənin mümkünlüyü ilə bağlı Azərbaycanın son açıqlamaları bir daha göstərir ki, Bakı blokadadan silah və Artsax xalqına təzyiq vasitəsi kimi istifadə edir.

Azərbaycan öz siyasi məqsədlərinə çatmaq  naminə insanların iztirablarından, özünün yaratdığı humanitar böhrandan istifadə edir.

Azərbaycanın oxşar  hərəkət tərzi və əməlləri insanlığa ziddir və beynəlxalq ictimaiyyət tərəfindən ən qəti şəkildə rədd edilməlidir.

Bununla əlaqədar olaraq, biz bir daha bütün maraqlı dövlətləri, beynəlxalq təşkilatları və digər beynəlxalq  ifaçıları Azərbaycanın Artsaxa və onun xalqına qarşı törətdiyi beynəlxalq cinayətlərə son qoymaq üçün sözdən hərəkətə keçməyə çağırırıq.

Xatırladırıq ki, soyqırımı cinayətinin qarşısının alınması dövlətlərin erga omnes (hamıya aid olan) öhdəliyidir və ona əsasən hər bir dövlət belə cinayətin qarşısını almaq üçün fəal və davamlı səylər göstərməlidir.

Qarabağda davam edən humanitar fəlakətin və insan haqları böhranının dayandırılması cəlb edilmiş beynəlxalq ifaçıların səmərəliliyinə əsl problemdir.

Əminik ki, onlar öz öhdəliklərinə uyğun olaraq Azərbaycan tərəfindən beynəlxalq hüquq qaydasının belə aşkar və kobud şəkildə pozulmasını aradan qaldırmağa, soyqırımı cinayətinin qarşısını almağa qadirdirlər.

Əkstəqdirdə, münaqişənin sülh yolu ilə və uzunmüddətli həllinə dair bütün çağırışlar reallıqdan qopacaq, məntiqsiz və perspektivsiz olacaqddır.

Daha çox göstər
Back to top button