BaşlıcaSiyasət

Mxitaryan: “ Laçın dəhlizi vasitəsilə humanitar yardımların maneəsiz çıxışı dərhal təmin edilməlidir”

Ermənistan futbol komandasının keçmiş kapitanı, “İnter”in yarımmüdafiəçisi Henrix Mxitaryan öz Twitter səhifəsində Qarabağın blokadasının yaratdığı çətin vəziyyətdən danışıb və Laçın dəhlizinin açılmasına çağırış edib.

“Dağlıq Qarabağda 30 mindən çox uşaq və onların ailələri səkkiz aydır ki, mühasirədə və dağıntı altında yaşayırlar. Onlar öz vətənlərində mühasirəyə alınaraq, aclıq və humanitar fəlakət astanasındadırlar, həyat  xilasedici dərman, ərzaq və digər ehtiyaclar yoxdur.

Aclıqdan ölən insanların olması təcili tədbirlər görülməsini tələb edən bir fəlakətdir. Bu müharibə bitməlidir ki, uşaqlar normal qidalanaraq sağalmağa başlasınlar.

Laçın dəhlizi vasitəsilə humanitar prinsipial və maneəsiz çıxış təmin edilməlidir” – deyərək Mxitaryan #StopArtsakhBlockade və #OpenLachinCorridor heşteqlərindən istifadə edərək yazıb.

Daha çox göstər
Back to top button