Türkiyə qonşuları ilə sıfır problem yaşamaq fikrinə qayıdır. Bu da yaxşı siyasətdir. Bu haqda “Armenpress”in Brüsseldəki müxbirinə müsahibəsində Avropa Parlamentinin Türkiyə məsələləri üzrə məruzəçisi Sançes Amor bəyan edib.
O qeyd edib ki, onlar belə bir siyasəti təşviq edirlər. probleminiz varsa, normal diplomatik yollarla, təzyiq göstərmədən, təbii ki, hərbi vasitələrdən istifadə etmədən həll etməlisiniz.
“Danışmaq vacibdir, hədələmək yox. Bu yolla Türkiyəni daha normallaşdırılmış xarici siyasətə qayıtmağa çağırırıq və bu səbəbdən bu siyasəti təşviq edirik.
Bunun nə dərəcədə real olduğuna əmin deyiləm, çünki Türkiyə ilə nə baş verə biləcəyini heç vaxt bilmirsən, çünki hər şey bir gecədə dəyişir, çünki sistem o qədər hipermərkəzləşib ki, hər şey bir nəfərdən və prezident sarayındakı iki-üç masadan asılıdır. Amma heç olmasa, son vaxtlar aldığımız impulslar yaxşıdır”, – deyə Sançes Amor yekunlaşdırıb.