Laçin dəhlizinin blokadası başlayanda mən Konqresdəki həmkarlarım və ölkə erməniləri ilə birlikdə Ağ Evi, Dövlət Departamentini və Beynəlxalq İnkişaf Agentliyini Artsax xalqının müdafiəsi və öz müqəddəratını təyinetmə hüququ üçün tədbirlər görməyə çağırdım. Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Şif bildirdi.
”Mən israrla Azərbaycanı blokadanı qaldırmağa və humanitar yardımın Laçin dəhlizi ilə sərbəst hərəkətinə imkan verməyə çağırdım və prezident Baydeni Artsaxdakı ağır vəziyyəti həll etmək üçün təcili addımlar atmağa çağırdım.
Mən Artsax xalqının fundamental hüquqlarının müdafiəsini təmin etmək öhdəliyində hər zaman dönməz idim, atəşkəs rejiminin pozulmasını pislədim, erməni hərbi əsirlərin azad edilməsinin tərəfdarı oldum, sanksiyalar tətbiq etməyə və Azərbaycanı məsuliyyətə cəlb etməyə çağırdım.
Əgər biz həqiqətən demokratiya və insan haqları tərəfdarıyıqsa, Artsax Respublikasının müstəqilliyini tanımalı və etnik təmizləmə və soyqırım təhdidlərinə qarşı durmalıyıq.
ABŞ əlində olan bütün vasitələrdən istifadə etməlidi, o cümlədən humanitar yardım göstərməklə, Azərbaycana hərbi və digər yardımları dayandırmaqla və bu böhrana görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq etməklə biz indi və gələcəkdə Artsaxın təhlükəsizliyini təmin edə bilərik.
Mən hər addımda sizinlə olacağam və həmişə Ermənistan və Artsax xalqının yanında olacağam”, – deyə Şiff bildirib.