ArtsaxBaşlıca

Arayik Harutyunyan: “Qarabağ Azərbaycanın soyqırımı həyata keçirdiyi  konsentrasiya düşərgəsidir”  

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Azərbaycanın Qarabağa soyqırım törətdiyini vurğulayır.

“Əgər biz bunu tərtibetməli olsaq, Qarabağ   Azərbaycanın soyqırımı həyata keçirdiyi böyük konsentrasiya düşərgəsidir. İndi artıq ilkin qənaətimiz var ki, bu, soyqırımdır.

Səhiyyə sahəsində bizdə ciddi dərman çatışmazlığı var. apteklərdə həyati əhəmiyyət kəsb edən  dərmanların kəskin çatışmazlığı mövcuddur .

Müxtəlif xroniki xəstəliklərdən ölüm halları artmaqda davam edir.Məsələn,ilin birinci yarısında qan dövranı sistemi xəstəliklərindən ölənlərin sayı iki dəfəyəcən artıb.

Həssas olanlar xüsusən  hamilə qadınlar,uşaqlar və xroniki xəstəlikləri olanlar, qidalanma, qan təzyiqi olanlar, stress və digər səbəblərdən  insanların  səhhəti ağırlaşmaqdadır”- deyərək Araik Harutyunyan Qarabağın İctimai Televiziyasına verdiyi müsahibəsində bildirib.

Araik Harutyunyan xatırladıb ki, Qarabağı özü fəlakət zonası elan edib, beynəlxalq ictimaiyyətin heç olmasa fəlakət şəraitində  qarşısını almaqçün  azı humanitar yardım göstərəcəyini gözləyir.

Qarabağ Prezidenti qeyd edib ki, Ermənistan buna ilk olaraq humanitar yardım göndərməklə cavab verib.Yükənmiş  maşınlar Laçın dəhlizinin girişində dayanıb, çünki Azərbaycan onların Dağlıq Qarabağa girişini qadağan edir.

Harutyunyan həmçinin xatırladıb ki, Azərbaycanın blokadası nəticəsində Qarabağın iqtisadiyyatı sökülüb və onu bərpa etmək üçün onilliklər  lazım gələcək”

Yəni biz soyqırımın şahidiyik və bununla bağlı addımlar planlaşdırırıq”- deyəərək  Araik Harutyunyan bildirib.

Daha çox göstər
Back to top button