ArtsaxBaşlıca

DQ Prezidenti: “Azərbaycan 9 noyabr üçtərəfli bəyanatından imtina edib müharibəni davam etdirmək istəyindədir”

DQ Prezidenti Arayik Harutyunyan bu fikirdədir ki, Azərbaycan 2020-ci il noyabrın 9-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı üçtərəfli bəyannamədən imtina edib müharibəni davam etdirmək istəyir.

Qarabağ Prezidenti bu haqda Qarabağın İctimai TV-nə müsahibəsi ərzində deyib.

Arayik Harutyunyan qeyd edib ki, Azərbaycan Rusiyanın Ukrayna ilə müharibə vəziyyətindən istifadə edərək, Qarabağı 9 noyabr elanı ilə ona verilən hüquqlardan imtina etməyə və təklif etdiyi gündəmlə dialoqa getməyə məcbur etməyə çalışıb.

“Azərbaycan üçtərəfli bəyannamədən imtina edib müharibəni davam etdirmək istəyir. Bu, artıq müharibədir, bu, müharibənin davamıdır.

Məqsədisə mühasirə yolu ilə Dağlıq Qarabağı həbs düşərgəsinə çevirmək, sonra isə soyqırımı həyata keçirməkdir”- deyə Hrutyunyan bildirib.

Qarabağ Prezidentinin fikrincə, Azərbaycanın Dağlıq Qarabağdakı soyqırımı siyasətinin məqsədlərindən biri də Ermənistana təzyiq göstərməkdir ki, Sünik yolu üçün daha əlverişli şərait yaratmış olsun.

Harutyunyan Azərbaycan prezidentinin 2021-ci ilin dekabrında Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevin üçtərəfli görüşündən öncə “Zəngəzur dəhlizi Laçın dəhlizi məntiqi çərçivəsində işləməlidir” bəyanatını misal gətirib.

“Əlbəttə, biz ilk vaxtlar buna əhəmiyyət vermədik, bunun Ermənistan hakimiyyətinə təzyiq göstərmək üçün bəyanat olduğunu düşündük, lakin sonradan Azərbaycan öz yürütdüyü siyasətində bunu mühüm hesab etdi.

Mən də bu gün elan edə bilərəm ki, Azərbaycan təzyiqini daha çox üstünlük əldə etmək üçün  artırır.

Qeyd etməliyik ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərini müəyyən mənada girov saxlamaq və paralel olaraq soyqırım törətmək arzusundadır.

Xüsusiylə Zəngəzur yolunun daha imtiyazlı variantına sahib olmaq baxımından Ermənistana təzyiq göstərir”- deyərək Arayik Harutyunyan bildirib.

Daha çox göstər
Back to top button