BaşlıcaSiyasət

İranlı ekspert 4 səbəbi qeyd edib: “Bakının Laçın dəhlizi ilə bağlı bu cür davranışının heç bir hüquqi əsası yoxdur”

Qafqaz məsələləri üzrə iranlı ekspert Əhməd Kazemi Bakının Laçın dəhlizinin qarşısını kəsməsindən danışıb.

Kazemi xatırladıb ki, Azərbaycan 8 ay ərzində Dağlıq Qarabağla Ermənistan arasında təbii coğrafi və tarixi yol olan Laçın dəhlizini bağlayıb.

Ekspertin fikrincə, 2020-ci ildə atəşkəs sazişində Azərbaycanı Naxicevanla birləşdirən dəhliz nəzərdə tutulmayıb, ancaq kommunikasiya kanallarının blokdan çıxarılması vurğulanır, ona görə də Bakının Laçın dəhlizi ilə bağlı davranışının heç bir hüquqi əsası yoxdur.

Kazeminin sözlərinə görə, Bakı Laçın dəhlizinin qarşısını almaqla dörd məqsəd güdür.

1. Ermənistan əhalisinin məcburi inteqrasiyası və ya məcburi köçürülməsi məqsədilə Dağlıq Qarabağ və Ermənistan arasında əlaqələrin kəsilməsi

2. NATO, Türkiyə və “sionist rejim”in daha çox iştirakını təmin etmək üçün Rusiya sülhməramlılarının missiyasını genişləndirməmək və onları Qafqaz regionundan çıxarmaq üçün zəmin hazırlamaq

3. Sərhəd danışıqlarında Ermənistana qeyri-qanuni şərtlərin qoyulması

4. “NATO-nun Turan dəhlizi” və ya saxta “Zəngəzur dəhlizi”nin işə salınması üçün təbliğat şousu təşkil etmək üçündür.

“Bakının digər azlıqlara münasibətinə az-çox uyğun gələn Əliyevlərin bu cür yanaşması bir daha Əliyevlər ailəsinin ermənilərin və digər etnik azlıqların hüquq və təhlükəsizliyinin təmin edilməsi baxımından əsassız olduğunu göstərir” – deyərək  Kazemi əlavə edib.

Daha çox göstər
Back to top button