BaşlıcaSiyasət

Qarabağlı geri  çəkilməyə hazırlaşmır: “Düşmənə təslim  etməyə vətən yoxdur”

Qarabağ təxminən səkkiz aya yaxındır ki, mühasirədədir. İyunun 15-dən Azərbaycan 120.000 ermənini tamamilə mühasirəyə alıb, zəruri malların DQ-a daxil olmağa icazə vermir.

İctimai nəqliyyat işləmir,mağazalar boşdur, Stepanakertdə zibilin yığılması məsələsi ağırlaşıb, apteklərdə baş ağrısına belə  dərman yoxdur.

Bununla belə, Qarabağda onlar geri çəkilməyə yerlərinin olmadığını aydın dərk  edərək  dözürlər.

Qarabağda gün  səhər ertən yox, gecə  başlayır, yəni çörək növbəsində durmaqla başlayır. İrina Arustamyan Stepanakertin bu başından o başına təxminən bir saat gedərkən səhəri çörək  sexinə çatmaqla işıqlandırır.

“Nə qədər ki, yanacaq  səbəbindən  çörək mağazaya çatmır gedib  çörək bişirilən  sexlərdən alırıq.Gecə də dayanırıq, gündüz də.

Yanacağın  dükana çatmadığı üçün gedib çörək sexlərindən alırıq.

 Gecə dayanırıq, səhər dayanırıq. Sonra evə gəlirik, səhər yeməyinə heç nə yoxdur. Getməliyik və Xama almaq üçün növbəyə duraq, Günlərlə növbələrdə qalırsınız.”

Son günlər növbələrdə gözləyən Artsax vətəndaşlarının huşunu itirmə halları xüsusilə artıb. Onlar əsasən qidalanmayan uşaqlar və sağlamlıq problemləri olan yaşlı insanlardır, hamilə qadınların huşunu itirmə halları da az deyil.

Yanvarın 20-dən etibarən Artsaxda bir neçə ilkin tələbat malları kuponla satılıb. İndi kuponlar var, amma məhsul yoxdur.

“ Heç bir kupon daha yoxdur. Kuponları ki, veriblər  heç bir şey də ala bilmirəm.Onsuz da  verdikləri kuponlardan heç nə ala bilmədik. Mağazada almağa heç nə yoxdur   tükəndi..

Kupon  ancaq onunla yardim etdi ki, yumurta ala bildik.Basqa hec ne ala bilmirik.Ətin də  qiymetini həddindən artıq bahalaşdırıblar.

Hər gün xiyar-pomidorla uşaqları aldatmaq olmaz”.

Hazırda Artsaxda ancaq yerli istehsal olan tərəvəzlər satılır və onlar da baha satılır. Bunun obyektiv və subyektiv səbəbləri var. y

Yanacaq yoxdur və kəndli məhsulu Stepanakertə çatdıra bilmir. Uğurlu olsa belə, yanacaq sərfi yüksəkdir.

Qarabağın dövlət xidmətlərinin və iqtisadi rəqabətin tənzimlənməsi üzrə komissiya meyvə və tərəvəzin pərakəndə satışı üçün ən yüksək icazə verilən qiymətləri mütəmadi olaraq nəzərdən keçirir.

“Bu gün göyərtinin qiymətini soruşuram, 650 dram deyirlər. Meyvələrin arasında üzüm, qarpız, bostan məhsulları  var. Stepanakertə malı çatdırmağa yanacaq yoxdur. Ona görə də üzümün 1kq-ı 1500 dramdır.

Artsaxda nağd pul problemi yaranıb. Bu barədə DQ Maliyyə və iqtisadiyyat nazirliyi məlumat yayıb. Departament izah edir ki, 2022-ci il dekabrın 12-dən bəri Qarabağ mühasirədədir və bu il iyunun 15-dən humanitar yüklərin daşınması tamamilə dayandırılıb.

Dövriyyə yoxdur, nağd pul problemi var. Artsax hökuməti tərəfindən müəyyən edilmiş sosial dəstək proqramlarının həyata keçirilməsi, maaşların və pensiyaların ödənilməsi və nağd pul dövriyyəsinin daxili axınının təmin edilməsi üçün onlara ehtiyac olduqda bank hesablarında saxlanılan vəsaitləri nağdlaşdırmaq, bank hesablarında sərbəst nağd pul saxlamaq tövsiyə olunur.

İqtisadi məhsullar haqqında belə xatırlamırlar. Tezliklə yeni dərs ili başlayacaq. Stepanakertdə su problemləri daha da ağırlaşır, Vaxtıyla tər-təmiz olan şəhərdə indi zibillər də çətinliklə yığılır.

“ Bizim bütün  gün ərzində suyumuz olmayıb.Bir gün su olmadı, filtrasiya edə bilmədilər. İndi uşaqlara qaynadılmış su verirəm. Bütün şəhər zibil içindədir, piyada gedib-gəlirlər, bütün yol zibildir. Dərman ümumiyyətlə  yoxdur. Baş ağrısına dərman belə tapa bilmirik. Sanki hamı yatıb, heç kim bizi hiss etmir”.

Amma Qarabağda problemlər getdikcə pisləşir. Çıxılmaz vəziyyətdə yaradılmış Qarabağ geri çəkilmək fikrində deyil.

“Biz öz torpağımız üzərində qalırıq, xeyli itkilər  vermişik.Həm də  atam burada dünyasını dəyişib.Öz torpağımıza biz olduqca bağlıyıq”.

Artıq 8 aydır ki,  12 000 ermənini Azərbaycan girv götürüb.İyunun 15-dən  ümumiyyətlə Qarabağa ilk ehtiyaclı  malların  çatmasına icazə vermir. Azərbaycanın və bütün dünyanın sükutuna baxmayaraq  Qarabağda   düşmənə  güzəştə getməyə Vətənləri yoxdur.

Daha çox göstər
Back to top button