
Dünyanın müxtəlif ölkələrində erməni icmasının DQ-ya dəstək nümayişləri yeni vüsət alır. Etiraz edənlərin beynəlxalq aktorlara çağırışlardan əməli addımlara keçmələri üçün aydın mesajı var. Azərbaycan DQ ermənilərini ac qoyduğu halda, vasitəçilər sülhün mümkünlüyündən danışmağa davam edir.
DQ-da vəziyyətin günü-gündən pisləşməsinə paralel olaraq, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib: “Hər iki ölkə ilə birbaşa əlaqə saxlamışıq. Xüsusi elçi Lui Bono keçən həftə bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə yaradıb. Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh razılaşması əldə edilə bilər və buna nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik”, – deyə o qeyd edib.
Moskvadan Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasını “süni” sürətləndirmək cəhdləri ilə bağlı açıqlamalara toxunan Miller deyib: “Söhbət Ermənistan və Azərbaycandan gedirsə, Rusiya barədə danışmaq istəmirəm. Mən bilavasitə əlaqəli olan, bu mübahisədə birbaşa tərəf olan iki ölkə haqqında danışmaq istəyirəm”.
Miller dövlət katibi Blinkenin türkiyəli həmkarına şənbə günü zəng etdikdən sonra Türkiyənin sülh prosesindəki hazırkı roluna da toxunub, həmin zəngdə ABŞ diplomatı “Ermənistan və Azərbaycan arasında sülh müzakirələrinin vacibliyini vurğulayıb.
“Mən bu barədə ətraflı danışmaq istəmirəm – bu, özəl diplomatik söhbətdir, lakin biz inanırıq ki, Türkiyə digər məsələlərdə olduğu kimi, bu məsələdə də məhsuldar rol oynaya bilər”, – Miller deyib.
ABŞ-ın Türkiyə ilə bağlı hansı effektivliyi təsəvvür etdiyi hələ aydın deyil. Lakin KİV-lıər yazır ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması də müzakirə olunacaq.
Bu arada Amerika erməniləri ABŞ-ı əsl dostluq nümayiş etdirib, DQ-ya, Laçın dəhlizinə nümayəndə heyəti göndərməyə çağırırlar.
İlk gecə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Şifin ofisinin yaxınlığında nümayişlər keçirilib. Müsbət cavab alana qədər aksiyanı davam etdirəcəklərinə söz verirlər:
“Əgər biz həqiqətən demokratiya və insan haqlarının tərəfdarıyıqsa, Artsax Respublikasının müstəqilliyini tanımalı və erməni icmasının öz ata-baba yurdunda üzləşdiyi etnik təmizləmə və soyqırım təhlükələrinə qarşı durmalıyıq. Mən prezident Baydeni Artsaxdakı çətin vəziyyəti həll etmək üçün təcili addımlar atmağa çağırdım”.
Adam Şifin sözlərinə görə, ABŞ Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün əlində olan bütün vasitələrdən istifadə etməlidir.
“İşgəncə Qurbanlarına Dəstək Mərkəzi”nin prezidenti və icraçı direktoru doktor Saymon Adams da Laçın dəhlizinin və Dağlıq Qarabağın blokadasına son qoymaq çağırışlarına görə internetdə azərbaycanpərəst hesablar tərəfindən mütəmadi olaraq təhqir olunduğunu bildirib. “Qeyd edim ki, mən erməni və ya amerikalı deyiləm. Mən sadəcə insan haqlarına və insanlığa inanıram. Twitter-də yazmağa davam edəcəyəm”, – Adams mikrobloqunda yazıb.
DQ Parlamentinin yeni seçilmiş sədri Davit İşxanyan hökumətin gələcək fəaliyyətlərinə toxunurkən qeyd edib ki, ilk növbədə parlament diplomatiyasının bütün əlaqələrinin bərpası və işin aktivləşdirilməsi vacibdir.